image-rt-reklam
image-1backend

Aİ Türkiyəyə möhtacdır: Görün Ankaranı nəyə sürükləyirlər

image-728x90

“Ankara Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşularsa, bu, oyunu dəyişəcək”.

Ulusal.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano deyib. O, Brüsseldə türkiyəli jurnalistlərlə görüşüb və Türkiyənin Avropa İttifaqına daxil olmasını şərh edib.

O, media nümayəndələrini türkcə salamlayaraq Türkiyəni çox sevdiyini bildirib.

Stano vurğulayıb ki, Ankaranın sanksiyaları qəbul etməsi Aİ-də “etimad” yaradacaq: “Bu, Türkiyənin həqiqətən də öz namizədliyini ifadə etməkdə səmimi və açıq olduğunun son sübutu ola bilər”.

Aİ nümayəndəsi Kipr məsələsinin Türkiyənin İttifaqa qəbuluna əngəl törətməsi fikrini də ifadə edib.

“Avropa Birliyinin Türkiyəyə ehtiyacı olduğu kimi Türkiyənin də Avropa İttifaqına ehtiyacı var. Biz birlikdə daha güclüyük. Türkiyə təkcə özü üçün deyil, həm də region və Aİ üçün mühüm ölkədir”, – deyə Stano fikrini yekunlaşdırıb.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90