image-rt-reklam
image-1backend

Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? – Rəsmi açıqlama

image-728x90

Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfində müşahidə missiyası həyata keçirən Avropa İttifaqı missiyanın müddəti bitdikdən sonra 200-dən çox mülki müşahidəçinin burada qalıb-qalmamasını hələ dəqiqləşdirməyib.

Ulusal.az xəbər verir ki, Avropa İttifaqının səfiri Vasilis Maraqos “Azadlıq” radiosunun sualını cavablandırarkən bildirib ki, hələlik yekun qərar yoxdur. O, həmçinin rəsmi İrəvanın missiyanın müddətinin uzadılması ilə bağlı müraciət edib-etmədiyini dəqiqləşdirməyib.

“Missiya müddətini uzatmaq qərarı hələ verilməyib, lakin biz bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə mərhələsindədir”, – Aİ səfiri bildirib.

2023-cü ilin fevral ayından Avropalı müşahidəçilər Ermənistana gəldikdən sonra Ermənistan-Azərbaycan sərhədinin monitorinqi və sərhədyanı ərazilərdə sabitliyin təşviq edilməsi missiyası ilə ofislər açıblar.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90