image-rt-reklam
image-benzinbackend

Aİ-92 markalı benzin 1,50 AZN olacaq? – AÇIQLAMA

image-728x90

Sosial şəbəkələrdə Azərbaycanda oktyabr ayından benzinin bahalaşacağı bildirilir. Məlumatlara görə, Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1,50, Aİ-95-in isə 2,50 AZN olacaq.

Ulusal.az xəbər verir ki,bununla bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə deyib ki, benzinin bahalaşmasına əsas görmür.

“Rəsmi mənbə belə bir məlumat vermirsə, deməli, bu, sadəcə, söz-söhbətdir. Benzinin bahalaşacağı barədə heç yerdə nə rəsmi məlumat görmüşəm, nə oxumuşam, nə də hardansa eşitmişəm. Şəxsən belə bir məlumatım yoxdur”, – deputat bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90