Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasında (AHİK) yeni təyinat olub.

Ulusal.az xəbər verir ki, bununla bağlı AHİK sədri Sahib Məmmədov əmr imzalayıb.

Əmrə əsasən, Orxan Ərəbov AHİK sədrinin müşaviri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, O.Ərəbov Gənclər Fondunun İcraçı direktorunun müavini olub. O, 2023-cü ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.