image-2000x150
image-img-20240111-wa0023backend

Ağstafanın yaşayış məntəqələrində vətəndaşların səyyar qəbulları davam etdirilir

image-728x90

Yerlərdə vətəndaş məmnunluğunun artırılması, əhalinin rifah halının yüksəldilməsi məqsədi ilə ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağstafa RİH başçısı Seymur Orucov rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbullarını davam etdirir. Müvafiq qrafikə uyğun olaraq Kolxəlfəli kənd yaşayış məntəqəsində təşkil olunan növbəti səyyar qəbulda Ağstafa RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.

Kolxəlfəli kənd tam orta məktəb binasında keçirilən səyyar qəbulda vətəndaşların müraciət və təklifləri qəbul olunaraq nəzarətə götürülüb. Qaldırılan hər bir məsələ ətrafında müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib, aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.

image-img-20240111-wa0027 image-img-20240111-wa0025 image-img-20240111-wa0026 image-img-20240111-wa0024 image-img-20240111-wa0023 image-img-20240111-wa0022

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90