Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilən şeir
İlahinin bəxş etdiyi nur olmusan bu millətə,
Lazım olan bir məqamda sarılmısan bu millətə.
Bu milləti sevə-sevə vurulmusan bu millətə,
Əsl eşqin, məhəbbətin izahısan Ulu Öndər!
* * *
Tarix yazan, tarix olan şir əsgərin, nər əsgərin!
Düşməninə kabus kimi, dönməz, igid, ər əsgərin!
Gecə-gündüz ayıq-sayıq keşik çəkən hər əsgərin,
Öpüb, sonra tuşladığı silahısan Ulu Öndər!
* * *
Müzəffərdir, “dəmir yumruq” sahibidir əmanətin.
Bütün dünya gördü onun iradəsin, cəsarətin.
Çox uğurla davam edir uzaqgörən siyasətin.
Sən bu xalqın xoş anısan, rifahısan Ulu Öndər!
* * *
Anam deyib, vətənini oxşayan hər vətəndaşın,
Vətən dərdi, vətən yükü daşıyan hər vətəndaşın.
Dünyanın dörd tərəfində yaşayan hər vətandaşın,
Dünənisən, bu günüsən, sabahısan Ulu Öndər!
Rüfət Axundlu.