image-rt-reklam
image-media-f-5-sxrglu2q76vjp0kaf5nobackend

Ağstafalı 20 Yanvar şəhidimiz Habil Komunar oğlu Əzizovun ailə üzvlərinə baş çəkilib, məzarı ziyarət olunub

image-728x90

Ağstafa RİH başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və aidiyyəti üzrə məsul şəxslərlə birgə 20 Yanvar şəhidinin Vurğun qəsəbəsindəki doğma evində ailə üzvlərini ziyarət edib.
Şəhidlik zirvəsinə ucalarkən 22 yaşında olan tələbə Habil Əzizovun keçdiyi mənalı ömür yolundan, onun Vətənə və torpağa olan sonsuz sevgisindən söz açılıb. Qeyd olunub ki, artıq şəhidlərimizin ruhu şaddır, çünki onların Vətən uğrunda axıtdığı qan hədər getmədi. Otuz beş il əvvəl başlanan çətin və şərəfli yol, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması ilə tarixi Zəfərlə başa çatdı. Məhz bu səbəbdən xalqımız 20 Yanvar faciəsinin 35-ci ildönümünü xüsusi qürur və iftixar hissi ilə qeyd edir.

Şəhidin qardaşı, İlqar Əzizov və digər ailə üzvləri ölkəmizdə şəhid ailələrinin üzvlərinə göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Vurğun qəsəbə qəbirstanlığında Habil Əzizovun məzarı üstünə tər qərənfillər düzülüb, xatirəsi dərin ehtiramla anılıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90