image-2000x150
image-img-20240501-wa0108backend

Ağstafada “Qərbi Azərbaycan: Gənclərin gözü ilə” mövzusunda maarifləndirici tədbir keçirilib

image-728x90

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasının iclas zalında təşkil olunan tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ağstafa RİH başçısı Seymur Orucov, Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov, Qərbi Azərbaycan İcmasının Qazax-Ağstafa üzrə nümayəndəsi Əbülfəz Qafarov, Qərbi Azərbaycan İcmasının Qəmərli rayon İcmasının Gənclər Şurasının sədri Rəna Qəfərova, Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbin direktoru Vüsal Həsənov, əslən Qərbi Azərbaycandan olan, Qarahəsənli kənd tam orta məktəbin müəllimi Elşad Mirzəyev mövzuya dair geniş məruzələrlə çıxış ediblər. Qərbi Azərbaycan İcmasının təşkilatlanma işlərinin həyata keçirilməsi, Qayıdış Konsepsiyasının müddəalarının izahı, Qərbi Azərbaycanın tarixi, coğarfiyası, icmanın fəaliyyəti barədə ətraflı məlumatlar verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyələri əsasında qısa zamanda İcmanın Qayıdış Konsepsiyası hazırlanaraq qəbul olunub. Soydaşlarımızın öz doğma torpaqlarına geri qayıdışı uğrunda yorulmaz daxili və beynəlxalq fəaliyyətə start verilib. Şəhər, rayon və kənd icmalarının Qərbi Azərbaycan İcması ətrafında birləşməsi ilə İcmanın yenidən təşkilatlanması prosesi daha da intensiv hal alıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90