image-2000x150
image-3backend

Ağstafada Novruz bayramı münasibəti ilə təntənəli ümumrayon tədbiri keçirilib -FOTOLAR

image-728x90

Ağstafa şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan ümumrayon bayram tədbirində RİH başçısı Seymur Orucov, şəhidlərimizin ailə üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, idarə, müsəssisə və təşkilat kollektivlərinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Ulu Öndərin adını daşıyan mədəniyyət parkında sərgilənən çoxəsrlik maddi-mədəni irsimizi ehtiva edən eksponatlar, özfəaliyyət dərnəklərinin dövlətçiliyimizə, milli dəyər və adət-ənənələrimizə həsr etdikləri rəsm, əl işlərindən ibarət sərgilər, xalqımızın qədim, mətbəxini, məişətini əks etdirən guşələr böyük həvəslə izlənilib. Yerli mədəniyyət nümayəndələrinin təqdimatında milli rəqs, aşıq sənəti və digər folklor nümunələri, eləcə də idman klublarının nümunəvi çıxışları da böyük marağa səbəb olub.

RİH başçısı bayram çıxışında xalqımızın çoxəsrlik tarixi ənənələrini özündə ehtiva edən, bolluq, bərəkət rəmzi olan Novruz bayramı münasibəti ilə hər kəsi təbrik edərək bildirib ki, baharın Azərbaycan torpağına builki gəlişi ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə üst-üstə düşməsi hər bir azərbaycanlının qəlbində böyük qürur hissi və xüsusi bayram əhval-ruhiyyəsi alovlandırır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Şanlı Ordumuzun qazandığı tarixi Zəfər Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş şəhidlərimizin ruhunu şad, doğma yurd yerlərimizi azad etdi. Artıq üçüncü ildir ki, ulu əcdadımızın zəngin daxili aləminin təcəssümü olan, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın misilsiz xidmətləri sayəsində YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Novruz bayramını ərazi bütövlüyünü təmin etmiş Qalib Dövlət və Məğrur Xalq kimi qeyd edirik.

Mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş bayram konsertindən sonra RİH başçısı rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Hüseyn Əzizoğlu ilə birlikdə bayram tonqalını alovlandırıblar.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7 image-8 image-9

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90