image-2000x150
image-2backend

Ağstafada “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib

image-728x90

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Ağstafada “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən konfransda Ağstafa RİH başçısı Seymur Orucov, Azərbaycan Dövlət Aqrar Universitetinin ictimai elmlər və multikulturalizm kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Bayramov, həmin kafedranın dosenti Elgün Aslanov, məsul şəxslər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan Seymur Orucov bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyev istər sovet hakimiyyəti dönəmində fəaliyyət göstərdiyi bütün sahələrdə, istərsə də müstəqillik dövründə daim öz xalqına ləyaqətlə xidmət etmiş, daxili sabitlik, qanunçuluq, sosial ədalət, milli həmrəylik təmin olunmuşdur. Eyni zamanda dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsasları formalaşdırılmış, bütün sahələr üzrə ölkənin inkişaf strategiyası hazırlanmış və həyata keçirilmişdir.

Qonaqlar, elm xadimləri Ümummilli Lider Heydər Əliyev haqqında konfrans iştirakçıları ilə xatirələrini bölüşüb, dahi siyasətçi, görkəmli dövlət xadiminin şərəfli ömür yolu, Vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıblar.

Tədbirin sonunda 07 mart 2023-cü il tarixində Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə “Heydər Əliyev məktəblilərin gözü ilə” mövzusunda Ağstafa şəhər 1 nömrəli tam orta məktəbində şagirdlər arasında keçirilən elektron inşa müsabiqəsinin qalibləri müvafiq sertifikat və hədiyyələrlə təltif olunublar.

image-1 image-2 image-3 image-4 image-5 image-6

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90