image-rt-reklam
image-media-1-ferdi-tehsil-ymnhespuxqfl3gkcozjtbackend

Ağstafada fərdi təhsilə cəlb olunan uşaqlarla növbəti görüş keçirilib

image-728x90

Ağstafa rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə RİH başçısı Seymur Orucov, məsul şəxslər, valideynlər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Ağstafa Rayon İcra Hakimiyyəti ilə birgə Qazax-Tovuz Regional Mədəniyyət və Təhsil İdarələri, “Ağstafa Gənclər Evi” sosial xidmət müəssisəsi tərəfindən təşkil olunub.

Mərkəzin qarşısında fərdi təhsilə aid dərs vəsaitlərindən ibarət sərgi və uşaqların çəkdikləri rəsmlərdən nümunələr təqdim olunub.

Tədbirdən əvvəl Dövlət Himnimiz səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

RİH başçısı çıxış edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün illərdə uşaqların qayğısız, xoşbəxt və firəvan yaşamalarını, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların keyfiyyətli təhsil almaları və cəmiyyətə inteqrasiya etmələrini, onların savadlı, Vətənə layiqli şəxslər kimi böyüməsini daim diqqətdə saxlamışdır. Hazırda bu siyasi xətt Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilir. Bu kateqoriyadan olan uşaqlara zəruri bilik, bacarıq və vərdişlər aşılamaq, onların asudə vaxtlarının səmərəli təşkili, istedadlarının aşkara çıxarılması məqsədi ilə bütün zəruri tədbirlər həyata keçirilir.

Tədbirdə nağıl qəhrəmanlarının iştirakı ilə bir-birindən maraqlı tamaşalar və müxtəlif əyləncəli proqramlar uşaqlar tərəfindən böyük sevinclə qarşılanıb.

Tədbirdə iştirak edən valideynlər ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqlara dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90