image-2000x150
image-2backend

Ağstafada “Azərbaycan Səhiyyəsi və Heydər Əliyev” mövzusunda tədbir keçirilib

image-728x90

2023-cü il “Heydər Əliyev İli” ilə bağlı Ağstafa RİH-in Tədbirlər Planına uyğun olaraq rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Seymur Orucov, müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, rayon səhiyyəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Ağstafa şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət etdikdən sonra Mədəniyyət Mərkəzinin foyesində əbədi yaşar Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən kitab sərgisinə tamaşa ediblər.
Mərkəzin akt zalında davam etdirilən tədbirdə Dövlət Himnimiz səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Ulu Öndərin milli səhiyyənin inkişafı üçün misilsiz xidmətlərindən və bu sahəyə bəxş etdiyi əvəzsiz töhfələrindən bəhs edən video reportajı nümayiş etdirilib.
Tədbirdə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi xilaskarlıq missiyasından, bütün fəaliyyəti boyu ölkəmizin çiçəklənməsi və qüdrətlənməsi yolunda gördüyü misilsiz xidmətlərindən bəhs edərək bildirib ki, milli səhiyyəmizin inkişafının tarixini yazan Ulu Öndər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə, uğurla və peşəkarlıqla davam etdirilir.
Digər natiqlər, Ağstafa Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktor müavini Cəmalə Rəhimova, 44 günlük Vətən müharibəsi iştirakçısı, cərrah həkim Teyyub Carçıyev, Terapiya şöbəsinin müdiri Vüqar Alıyev, həkim-laborant Samirə Bayramova “Azərbaycan Səhiyyəsi və Heydər Əliyev” mövzusunda geniş məruzələrlə çıxış edərək qeyd ediblər ki, Prezident İlham Əliyevin səhiyyəmizə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə icra olunan çoxşaxəli sosialyönümlü tədbirlər Ulu Öndərin müəyyən etdiyi siyasi kursun uğurla davam etdirilməsinin parlaq təzahürüdür.

image-img-20230527-wa0015 image-img-20230527-wa0013 image-img-20230527-wa0014 image-img-20230527-wa0011 image-img-20230527-wa0012 image-img-20230527-wa0010 image-img-20230527-wa0008 image-img-20230527-wa0009

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90