image-2000x150
image-media-img-20240124-wa0076-36l9p0z7ifbynv1uh5xe-620x460backend

Ağstafa RİH başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Saloğlu qəsəbəsində keçirib

image-728x90

Müvafiq qrafikə uyğun olaraq Saloğlu qəsəbə tam orta məktəb binasında təşkil olunan səyyar qəbulda RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri və yaşayış məntəqəsinin sakinləri iştirak ediblər.

RiH başçısı çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizi vətəndaş müharibəsindən xilas edərək bütün təhdidlərə rəğmən, Azərbaycanın müstəqilliyini qorudu, milli birliyimizi möhkəmləndirməklə xalqımızı sabitliyə, əmin-amanlığa qovuşdurdu. Ulu Öndərin dövlətçilik, idarəçilik prinsiplərinə sadiq qalan Prezident İlham Əliyev ölkəmizin iqtisadi, hərbi qüdrətini gündən-günə artırıb inkişafını daha etibarlı şəkildə təmin etməklə yanaşı, uğurlu fəaliyyəti ilə Azərbaycanı ən etibarlı, güvənli, sabit məmləkətə çevirdi, müstəqil siyasi, iqtisadi qərarları ilə bütün dünyada nüfuzlu ölkə imicini qazandırdı.
Səyyar qəbulda vətəndaşların müraciət və təklifləri qəbul olunub, məsələlərin həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında konkret tapşırıqlar verilib. Həmçinin vətəndaşlara qanunamüvafiq qaydada izahatlar verilib.

image-img-20240124-wa0081image-img-20240124-wa0080image-img-20240124-wa0079image-img-20240124-wa0078image-img-20240124-wa0077image-img-20240124-wa0076image-img-20240124-wa0075

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90