QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi qrant müsabiqələrinə müraciətlərin sayı açıqlanıb.
Agentlikdən Ulusal.az-a verilən məlumata görə, qramt müsabiqələrinə layihə qəbulu 25 noyabr-25 dekabr tarixləri arasında aparılıb.
Bir ay müddətində Agentliyə 768 layihə təklifi daxil olub.
“Ötən il olduğu kimi, bu il də yüksək fəallıq qeydə alınıb”, – Agentlikdən bildirilib.
Bölgü bu şəkildə formalaşıb:
Kiçik qrant müsabiqəsi – 518 layihə;
Orta qrant müsabiqəsi – 170 layihə;
Böyük qrant müsabiqəsi – 80 layihə.
Yaxın 1 ay ərzində texniki ekspertiza nəticələri bütün QHT-lərə müvafiq elekton sistem vasitəsilə bildiriləcək. Texniki ekspertiza mərhələsindən uğurla keçən layihələri müstəqil ekspert qrupu yoxlayacaq. Bundan sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası müstəqil ekspertiza nəticələrinə əsaslanmaqla, kollegial müzakirələr apararaq qalibləri müəyyən edəcək.
Qaliblərin adları 2025-ci ilin I rübü ərzində elan olunacaq.