Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə növbəti köç yola salınıb.
Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 20 ailə – 68 nəfər köçürülür.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın – 2090 nəfər (570 ailə)
Zabux (Laçın rayonu) – 823 nəfər (217 ailə)
Sus (Laçın rayonu) – 215 nəfər (59 ailə)
Füzuli – 3136 nəfər (823 ailə)
Ağalı (Zəngilan rayonu) – 871 nəfər (175 ailə)
Suqovuşan (Ağdərə) – 591 nəfər (180 ailə)
Talış (Ağdərə rayonu) – 90 nəfər (20 ailə)
Həsənriz (Ağdərə rayonu) – 306 nəfər (90 ailə)
Şuşa – 1396 nəfər (371 ailə)
Xocalı (Xocalı rayonu) — 204 nəfər (52 ailə)
Ballıca (Xocalı rayonu) – 733 nəfər (155 ailə)
Cəbrayıl — 2303 nəfər (512 ailə)
Sarıcalı (Ağdam rayonu) – 440 nəfər (110 ailə)
Cəmi: 13 198 nəfər