30 ilə yaxın dövrdə Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistanın ekoloji terror vasitəsi kimi istifadə etdiyi Suqovuşan su anbarı yenidən kənd təsərrüfatı regionu üçün əsas su təminatı olacaq.
Bu barədə AzTV-nin Ağdərə rayonuna ezam olunmuş əməkdaşı məlumat verib.
Qeyd edilib ki, işğal dövründə məhv edilən Tərtərçay Sol Sahil kanalında təmir-bərpa işləri yekunlaşmaq üzrədir.
Bu kanal vasitəsilə 4 rayonun ümumilikdə 40 min hektar əkin sahəsi yenidən kənd təsərrüfatı dövriyyəsinə cəlb ediləcək.
Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz: