Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramına əsasən, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması tədbirləri çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə infotur təşkil edib.
Ulusal.az xəbər verir ki, infotur iştirakçılarına Dövlət Proqramında təsbit olunmuş tədbirlərin icrası və Prezident İlham Əliyevin verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı görülən işlər barədə məlumat verilib.
İşğaldan azad edilmiş ətrazilərdə “ağıllı kənd” konsepsiyası əsasında tikilən ilk yaşayış məntəqəsində – Ağalı kəndində geri qayıdan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olan infotur iştirakçıları buradakı məktəbə, uşaq bağçasına, tibb müəssisəsinə və digər infrastruktur obyektlərinə baş çəkib, sakinlərlə söhbətləşiblər.
İnfoturda müxtəlif özəl yaradıcılıq subyektlərinin rəhbərləri və əməkdaşları, o cümlədən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri ilə bağlı Dövlət Komitəsinin tərəfdaşı olan şirkətlərin nümayəndələri iştirak ediblər.