image-rt-reklam
image-fb_img_1754740668212backend

AĞ EVİN RƏMZİ AÇARI HƏR LİDERƏ TƏQDİM OLUNMUR

image-728x90

Dünyanın bir nömrəli paytaxtı və bir nömrəli ofisində Prezident Donald Tramp kimi güclü şəxsiyyətin iştirakı və şahidliyi ilə imzalanmış ikitərəfli və üçtərəfli sənədlərin tarixi əhəmiyyətini, onların bəhrəsini müasir Azərbaycanla yanaşı, gələcək nəsillər də öz həyatlarında mütləq hiss edəcək. Onlar da görəcəklər ki, bu tarixi nailiyyətin arxasında nə qədər güclü siyasi iradə, milli hədəflərimizə xidmət edən fədakar və əyilməz fəaliyyət dayanıb!

Prezident Donald Trampın Azərbaycan Prezidentinin liderlik keyfiyyətləri ilə bağlı səsləndirdiyi fikirlər tarixdə şəxsiyyət faktorunun səmimi etirafıdır. ABŞ Prezidenti bütün dünyanın qulaq kəsildiyi Ağ Evdə Prezidentimiz haqqında belə dedi:

“Siz böyük lidersiniz”.

Cənab Donald Tramp Prezident İlham Əliyevin yüksəksəviyyəli danışıqları aparmaq məharətinə xüsusi diqqət yetirərək əlavə etdi:

“Siz gözəl danışıq aparırsınız… Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm”.

Bu cür dərinmənalı və nadir siyasi jest Azərbaycanın beynəlxalq hüquq normaları əsasında Cənubi Qafqazda yaratdığı yeni reallığa, bərpa etdiyi tarixi ədalətə və dayanıqlı sülhün əldə olunmasına verdiyi əməli töhfəyə “qıyqacı” baxan bəzi dairələrə həm də xəbərdarlıq mesajıdır!

Ülvi Quliyev 

Milli Məclisin deputatı 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90