image-2000x150
image-1backend

AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır – ŞOK İDDİA

image-728x90

Türkiyə millisinin sabiq baş məşqçisi Stefan Kunts Azərbaycanda çalışa bilər.

Ulusal.az xəbər verir ki, bu barədə tanınmış insayder Florian Plettenberq məlumat yayıb.

Onun sözlərinə görə, 61 yaşlı mütəxəssis iki ölkənin yığmasından təklif alıb. Söhbət Azərbaycan və Kanadadan gedir. Hazırda hər iki ölkənin futbol federasiyaları almaniyalı çalışdırıcı ilə danışıqlar aparır.

Qeyd edək ki, Stefan Kunts son olaraq Türkiyə millisini çalışdırıb. O, 2023-cü ilin ilin sentyabrında uğursuz nəticələrə görə istefaya göndərilib. Kunts karyerasın ərzində Almaniyanın U-21 yığmasına da rəhbərlik edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90