Federasiya prezidenti postuna seçkilər, əvvəlcədən nəzərdə tutulduğu kimi, martın 5-6 aralığında keçirilməyəcək.
Tədbir gələn ayın 20-dən sonra təşkil olunacaq. Ertələnmənin səbəbi açıqlanmır. Burada əsas məsələ prezident seçimidir.
Güman edə bilərik ki, konfransın martın üçüncü yarısına qalması yeni prezidentin kimliyinin hələ də müəyyənləşməməsi ilə bağlıdır.
Rövnəq Abdullayev son 4 seçkini təkbaşına qazanıb. 2008-ci ildə AFFA-nın başına gələn «Neftçi»nin sabiq başqanının növbəti səsverməyə qatılıb-qatılmayacağı maraqla gözlənilməkdədir.