image-rt-reklam
image-1backend

AFFA bu klubu bütün yarışlardan kənarlaşdırdı: Danışılmış oyunlara görə

image-728x90

“İrəvan” klubu AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.

Ulusal.az xəbər verir ki, bu barədə qərar İcraiyyə Komitəsinin bugünkü iclasında verilib.

Buna səbəb klubun adının danışılmış oyunlarda hallanması, həmçinin qeyri-sabitlik və ciddi maliyyə problemləri yaşamasıdır. Qeyd olunan neqativ hallar qurumu belə addım atmağa məcbur edib. Bu barədə AFFA-nın icraçı-vitse prezidenti Sərxan Hacıyev məlumat verib.

II liqada “İrəvan”ı hansı komandanın əvəzləyəcəyi ilə bağlı qərar çempionatın təşkilatçısı Peşəkar Futbol Liqası ilə danışıqlardan sonra veriləcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90