image-rt-reklam
image-1backend

Abxaziyanın erməni “deputatları” Paşinyana etiraz edirlər – “Deyirdiniz ki, Qarabağ Ermənistandır…”

image-728x90

Xəbər verildiyi kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan iki gün əvvəl Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığını bəyan edib. Sözsüz ki, bu zaman Abxaziya və Cənubi Osetiya əraziləri də Gürcüstanın suveren ərazisi kimi qəbul olunur.

Qondarma Abxaziya parlamentinin erməni əsilli “deputatları” Nikol Paşinyana bəyanat ünvanlayıblar. Bəyanatı A. Minosyan, Q. Trapizonyan, E. Rştuni, L. Qalustyan soyadlı erməni separatçı “parlament üzvləri” imzalayıblar.

Bəyanatda Paşinyan öncə Qarabağı “satmaqda” günahlandırılır və daha sonra Abxaziyadakı separatizmə haqq qazandırılır: “Paşinyanın son çıxışı, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməsi çox ucuz tezis kimi səsləndi. Bu, təkcə “Abxaziya respublikası”nın “müstəqil dövlət” olmaqla, suveren Gürcüstanla heç bir əlaqəsinin olmadığına görə ucuz səslənmir, həm də ona görə ki, bir neçə il əvvəl İrəvan yüksək səslə bəyan etmişdi ki, “artsax” Ermənistandır və Azərbaycanın Qarabağ ərazisinə heç bir müdaxiləsinə imkan verilməyəcək. Təəssüf ki, hadisələrin sonrakı inkişafı göstərdi ki, Ermənistan hakimiyyəti mövqeyini asanlıqla dəyişir, o cümlədən bütün ermənilər üçün həssas mövzu olan “artsax” məsələsində…

Biz Paşinyanın bəyanatını vətənimiz “Abxaziya respublikası”na qarşı demarş kimi qiymətləndiririk. Ermənistanın Baş nazirinin dedikləri sözsüz ki, bizdə mənfi təəssürat yaratdı və xoşagəlməz iz buraxdı… Ermənistan təbii ki, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyə bilər. Amma “suveren Abxaziya respublikası”nın bununla heç bir əlaqəsi yoxdur”.

Yeri gəlmişkən, Abxaziyanın qondarma parlamentində ermənilərin təmsil olunması, onların toplum olaraq hər yerdə separatizmin və işğalçılığın yanında olduqlarının bariz nümuinəsidir.

Xatırladaq ki, Gürcüstana qarşı müharibədə Abxaziya “ordusunun” tərkibində çoxsaylı erməni batalyonu döyüşürdü…“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90