Abşeronda Pakistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə Abşeronda yerləşən zavodlardan birində qeydə alınıb.
Zavodda fəhlə işləyən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Hari Prakaşın üzərinə beton hasar aşıb.
Hari Prakaş xəstəxanada ölüb. Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtda xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.