image-rt-reklam
image-qandall1backend

Abşeron və Binəqədi rayonlarında oğurluq edənlər saxlanılıb

image-728x90

Abşeron rayonu ərazisində yerləşən yaşayış yerlərindən 300 manat dəyərində su qızdırıcısı, 8 qapı və məişət əşyalarının oğurlanması barədə polisə məlumatlar daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 29 yaşlı O.Nəsrullayev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən kombi və radiator oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 50 yaşlı R.Seyidovun saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90