image-2000x150
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“ABŞ və Qərb anlayır ki,Cənubi Qafqazda əsas söz sahibi Azərbaycandır” – Arzuman Muradlı

image-728x90

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü keçirilir. ABŞ Dövlət katibi Entoni Blinkenin moderatorluğu ilə reallaşan görüşün bu həftənin sonuna kimi davam edəcəyi deyilir. Görüşlə bağlı ilk açıqlama Dövlət Departamentindən gəldi. Nazirlərin danışıqlarının nikbin olduğu barədə mediaya qısa açıqlama verildi. Mümkündür ki, bunun ardından İlham Əliyevlə Nikol Paşinyan Vaşinqtonda görüşüb, sülh üçün hazırlanan sənədi paraflasınlar. XİN başçılarının təması və bunun 1 həftəyə qədər davam edəcəyi xəbəri bu yöndə proqnozları, ümidlər artırır.” –Ulusal.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, artıq ABŞ və Qərb anlayır ki,Cənubi Qafqazda əsas söz sahibi Azərbaycandır.

“Amerika Birləşmiş Ştatları başqa olmaqla Qərb Qafqaz siyasətində kəskin dönüş edib. Bu, baş verənlərin fonunda aydın sezilir. Bütün dünya Azərbaycanın haqlı mövqeyini əlinin arxası ilə bir kənara itələyib, Ermənistanın işğalçı mövqeyini dəstəkləyirdi. Bizi işğal faktı ilə barışmağa çağırırdılar. Alçaldıcı sülh təklif olunurdu. İndi isə bunun əksini görməkdə, eşitməkdəyik. Ən maraqlı cəhət bu prosesdə Rusiya ilə Qərbin elə kəskin fikir ayrılığına düşməmələridir.” -deyə Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, regonda hər hansı bir dəyişikliyinin baş verməsi gözlənilən deyil.

“ABŞ, Avropa, Rusiya Qarabağın ermənilərə verilməsində eyni mövqedə idilər, bu gün də Azərbaycanın öz tarixi sərhədlərini bərpa etmək istiqamətindəki fəaliyyətində bizi açıq şəkildə dəstəkləyirlər.Görünən budur ki, dünya nəhəngləri üçün prioritet dəyişib. Cənubi Qafqazdakı konflikt ocaqlarını söndürmək qərarı verilib. Yeni başladılan prosesin A nöqtəsi buradır – Qafqazlar. Mümkündür ki, bu səbəbdən regionda əmin-amanlıq yaratmaq qərarı verilib.Hədəf nədir? İran? Çin? Yaxud Çinin bu bölgəyə girişini əngəlləmək? Bəlkə İran-Çin müttəfiqliyini əngəlləmək üçün türk respublikalarının konsolidasiyasına nail olmağa çalışılır?  Gedən proseslərdən, verilən bəyanatlardan, dünya liderlərinin açıqlamalarından hədəfin daha çox İran olduğu görünür. İsrailin Baş naziri Benyamin Netanyahunun son açıqlaması da oxları İranın üzərinə tuşlayır. B.Netanyahu CNN telekanalına müsahibəsində deyib ki, İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almağın yeganə yolu real hərbi təhlükədir. ABŞ və müttəfiqləri Böyük Yaxın Şərq (Böyük Orta Doğu) projesi hazırlayıb, icrasına start verdiklərini bildirəndən sonra həmin coğrafiyada qan su yerinə axmağa başladı. İnanmaq istərdik ki, keçmişdəki pis təcrübələr bir kənara qoyulacaq. Cənubi Qafqazda sülh, əmin-amanlıq bərqərar ediləcək və burdakı xalqlar nəhayət, hüzura qovuşacaq.”- deyə politoloq əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90