image-rt-reklam
image-1200_0_1760245143-9034backend

ABŞ Ukraynaya Rusiyadakı hədəfləri vurmağa kömək edir- “Financial Times”

image-728x90

Amerika kəşfiyyat orqanları Rusiyaya endirilən zərbələrin planlaşdırılmasında yaxından iştirak edir.

Mənbələrin “Financial Times”a (FT) verdiyi məlumata görə, Ukrayna uzaqmənzilli zərbələr üçün hədəfləri müəyyənləşdirir, bundan sonra isə Vaşinqton həmin obyektlərin zəif tərəfləri barədə kəşfiyyat məlumatlarını təqdim edir.

Bir neçə aydır ki, ABŞ, Vladimir Putinin iqtisadiyyatını zəiflətmək və onu danışıqlar masasına oturmağa məcbur etmək məqsədilə, Ukraynaya Rusiyanın enerji infrastrukturuna zərbələr endirməkdə kömək edir.

FT-nin məlumatına əsasən, Amerika kəşfiyyatı Kiyevlə Rusiyanın əsas enerji obyektlərinə — xüsusilə də cəbhə xəttindən uzaqda yerləşən neft emalı zavodlarına — zərbələr endirməyə imkan verən məlumatları bölüşür.

Mənbələr bildiriblər ki, ABŞ kəşfiyyatı Ukraynaya marşrutların, hündürlüklərin, vaxtın və əməliyyat qərarlarının planlaşdırılmasında kömək edir. Bu dəstək sayəsində Ukraynanın uzaqmənzilli dronları Rusiyanın hava hücumundan müdafiə sistemlərindən yayınaraq hədəfləri dəqiqliklə vurur.

“Əməliyyatla tanış olan üç nəfər Vaşinqtonun planlaşdırmanın bütün mərhələlərində yaxından iştirak etdiyini bildirib. Amerika rəsmilərindən biri qeyd edib ki, Ukrayna hədəfi seçdikdən sonra Vaşinqton həmin obyektlərin zəif nöqtələri barədə məlumat verir.”

Eyni zamanda, digər mənbələr ABŞ-ın da ukraynalılar üçün prioritet hədəfləri müəyyənləşdirdiyini qeyd edir. Onlardan biri Ukrayna pilotsuz təyyarələrini Vaşinqtonun “Putini təzyiq altına salmaq və Rusiya iqtisadiyyatını sarsıtmaq üçün alət” adlandırıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90