image-rt-reklam
image-1backend

ABŞ Ukraynaya işarə verdi: Bizim icazəmiz olmadan da Rusiyaya zərbə endirə bilərsiniz

image-728x90

Ukrayna Silahlı Qüvvələrinin (AFU) Rusiyanın dərinliklərinə yalnız öz silahlarından istifadə etdikdə zərbələr endirmək üçün Kiyevin Vaşinqtonun icazəsinə ehtiyacı yoxdur.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

“Ukrayna ilk növbədə, suveren ölkədir, ona görə də müstəqil şəkildə istehsal etdiyi silahlardan Rusiyanın dərinliklərinə zərbə endirmək üçün istifadə edə bilər. Bunun üçün isə onun ABŞ-ın icazəsinə ehtiyacı yoxdur”, – deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.

Millerin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin ixtiyarında Rusiya hədəflərinə hücumlar üçün çoxlu sayda öz silahı var. O, ABŞ-ın Ukraynaya hərbi yardımı davam etdirəcəyini deyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90