Birləşmiş Ştatlar Türkiyəni Rusiya Federasiyasına sanksiya tətbiq edilən malların tədarükünə görə sanksiyalarla hədələyib.
Ulusal.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində ABŞ maliyyə nazirinin köməkçisi Metyu Akselrod bildirib .
“Türkiyə rəsmiləri və sənayesi tərəfindən sürətlə irəliləyiş görməliyik, əks halda bizim ixrac nəzarətimizdən yayınanlara qarşı sanksiyalar tətbiq etməkdən başqa çarəmiz qalmayacaq”, – deyə o vurğulayıb.
Qəzet əlavə edir ki, Vaşinqtonun xəbərdarlığı Türkiyənin Rusiya ilə güclü ticarət əlaqələri saxlaması “iki NATO müttəfiqi arasında münasibətləri korladığına işarədir”.
Bildirilib ki, Birləşmiş Ştatlar Türkiyənin Qərbin yüksək texnologiyalı məhsullarının Rusiya Federasiyasına daxil olduğu əsas mərkəzə çevrilməsindən “xüsusilə narahatdır”.
Qeyd edək ki, bundan öncə də ABŞ Rusiya ilə bağlı 93 şirkətə sanksiya tətbiq etmişdi.manset.az