image-rt-reklam
image-1200_0_1553196720-3563backend

ABŞ Türkiyə dronlarına elçi düşüb: Vaşinqton Ankaradan nə istəyir?

image-728x90

Ukraynada gedən savaşda Türkiyə istehsalı olan PUA-ların gördüyü işlər Ağ Evi hərəkətə gətirib. Ulusal.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, rəsmi Vaşinqton Türkiyə ilə danışıqlara başlamaq niyyətindədir. Bununla yanaşı mənbələr iddia edir ki, ABŞ artıq Türkiyədən nələrsə əldə etmək üçün təzyiqlərə də start verib.

Qeyd edək ki, Türkiyə müdafiə sənayesində strateji layihələrdən biri olan KAAN beşinci nəsil qırıcısı ətrafında mühüm müzakirələr davam edir. Rəsmi məlumatlara görə, ABŞ-ın tətbiq etdiyi blokada səbəbindən təyyarə üçün mühərriklərin lisenziyasının dayandırılması prosesi başlanıb. Bu, Türkiyənin milli aviasiya proqramı üçün həm texniki, həm də siyasi baxımdan ciddi çətinlik yaradır. Mütəxəssislər hesab edirlər ki, məhz bu səbəbdən Ankara alternativ mühərrik istehsalçıları ilə əməkdaşlıq axtarışına başlayıb.

Türkiyənin ən çox ixrac edilən hərbi məhsullarından biri olan Bayraktar TB2 pilotsuz uçuş aparatı uzunmüddətli uçuş qabiliyyəti və orta hündürlükdə fəaliyyət göstərməsi ilə seçilir. Onun həm uzaqdan idarəetmə, həm də avtonom uçuş imkanları var. TB2 müxtəlif silah sistemlərini daşıya bilir:

MAM-C və MAM-L tipli yüksək dəqiqlikli aviasiya bombaları

UMTAS tank əleyhinə idarəolunan raketlər

2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsindən sonra TB2 bu münaqişədə geniş tətbiq olundu. Ukrayna ordusu tərəfindən istifadə edilən dron, müharibənin ilk mərhələlərində xüsusilə effektiv nəticələr göstərmişdi.

Yeni modifikasiya – Bayraktar TB2T-AI

2025-ci ilin fevralında Türkiyənin “Baykar” şirkəti TB2-nin yeni modifikasiyasını təqdim etdi. Bayraktar TB2T-AI adlanan bu versiya rəsmi şəkildə “yeni nəsil” PUA kimi tanıdılır. Şirkət nümayəndələrinin açıqlamasına görə, qurğu yalnız texniki təkmilləşmələri ilə deyil, həm də regiondakı “qüvvələr balansını dəyişmək” potensialı ilə seçilir.

Hər iki layihə – KAAN qırıcısı və Bayraktar TB2 PUA-ları – Türkiyənin müstəqil müdafiə sənayesinə keçidində həlledici rol oynayır. KAAN layihəsi böyük güclərin siyasi təsirinə məruz qaldığı halda, TB2 və onun yeni modifikasiyaları artıq beynəlxalq miqyasda real təsir gücünə malikdir. Analitiklərin fikrincə, Ankara bu istiqamətdə həm daxili texnoloji imkanlarını artırmaq, həm də ixrac bazarını genişləndirməklə qlobal müdafiə sənayesində daha güclü mövqeyə sahib olmağa çalışır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90