image-rt-reklam
image-1backend

ABŞ təsdiqlədi: Rusiyada toxunulmaz yer qalmayıb – Ukraynaya “vurun” icazəsi verildi

image-728x90

Donald Tramp administrasiyası Ukraynaya Rusiya ərazisinə uzaq məsafədən zərbələr endirmək səlahiyyəti verib.

Ulusal.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Keyt Kelloq “Fox News” telekanalına müsahibəsində bildirib.

Kiyevin Ağ Evdən belə bir razılıq alıb-almaması ilə bağlı suala o, Trampın özünün, dövlət katibi Marko Rubionun bəyanatlarına əsaslanaraq, cavabın “bəli” olduğunu deyib.

Kelloq Rusiyada toxunulmaz sayıla biləcək yerlərin qalmadığını vurğulayıb. Bununla belə, xüsusi nümayəndə bu icazənin konkret olaraq Amerika silahlarının istifadəsinə aid olub-olmadığını dəqiqləşdirməyib.

Amma o etiraf edib ki, Vladimir Zelenskinin bu yaxınlarda Ukraynaya uzaqmənzilli “Tomaqavk” qanadlı raketlərinin təhvil verilməsi tələbi belə bir hüququn əldə edilməsi ilə birbaşa bağlı ola bilər.Publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90