image-rt-reklam
image-1backend

ABŞ Suriyaya yardım təklif etdi – lakin şərtlə

image-728x90

ABŞ Suriyada yeni hakimiyyətə sosial-iqtisadi bərpa istiqamətində yardım etməyə hazırdır, lakin bu yardım yalnız Dəməşqin etnik və dini azlıqlara münasibətdə siyasətini dəyişməsi ilə mümkün olacaq. Ulusal.az xəbər verir ki, bu barədə The National qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Qəzetin yazdığına görə, bu təklif 12 avqustda İordaniyanın paytaxtı Ammanda keçirilmiş Suriya, ABŞ və İordaniya nümayəndələrinin üçtərəfli görüşündə səsləndirilib.

“Amerikanın təklifi ondan ibarətdir ki, bir qrup ölkə Dəməşqin kursunu dəyişməsinə yardım etsin. Heç kim Suriyanın daha da qeyri-sabit olmasını istəmir, o cümlədən İsrail”, – deyə nəşrə danışan mənbə bildirib.

Vaşinqton Suriya hökumətindən inklüziv idarəetməyə və təhlükəsizlik strukturlarında islahatlara getməsini gözləyir. ABŞ-ın şərtlərinə görə, radikal elementlər güc strukturlarından uzaqlaşdırılmalı, silahlı qruplaşmaların təsiri azaldılmalı, keçmiş sahə komandirləri yerini peşəkar menecerlərə verməlidirlər.

Bundan əlavə, ABŞ Dəməşqə tabe olan qüvvələrin cənubdakı Əs-Suveydə vilayətindən çıxarılmasını tələb edir. Hazırda bu bölgədə bədəvilərlə druzlar arasında baş vermiş toqquşmalardan sonra blokada davam edir.

Mənbələrin sözlərinə görə, ABŞ-ın əsas tələblərindən biri – yerli əhalinin normal həyata qayıtması üçün şəraitin yaradılmasıdır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90