image-rt-reklam
image-backend

ABŞ Suriyadan çıxır: Haşimilər və druzlar SDF-yə qoşulacaq – Türkiyə hərəkətə keçir

image-728x90

ABŞ-ın Suriyanın şimalından çəkiləcəyi ilə bağlı iddialar bölgədə diqqət çəkib.

Ulusal.az xəbər verir ki, Suriyanın şimalında terror təşkilatı PYD/ YPG-yə dəstək verən ABŞ-ın bu bölgədən çəkilməyi planlaşdırdığı iddia edilib. İddialara görə, yanvarın 18-də ABŞ Müdafiə Nazirliyinin tələbi ilə Ağ Evin Milli Təhlükəsizlik Şurası tərəfindən toplantı təşkil edilib. Xarici İşlər Nazirliyi və Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmilərinin iştirak etdiyi toplantıda heç bir qərar verilməsə də, geri çəkilmənin necə baş verəcəyi ilə bağlı detallar müzakirə edilib. Buna uyğun olaraq QSD (YPG) və Dəməşq rəhbərliyinin DEAŞ-a qarşı ortaq bir quruluş yarada biləcəyi qiymətləndirilib.

Hələlik bir qərar olmasa da, Trampın ABŞ-da keçiriləcək seçkilərdə qalib gəlməsinin geri çəkilməni mümkün edəcəyi bildirilir. Oxşar iddia ABŞ-da nəşr olunan “Foreign Policy” jurnalında da yer alıb.

4 mənbə təsdiq etdi

“Foreign Policy” jurnalında yazan Çarlz Lister qeyd edib ki, Müdafiə və Dövlət Departamentlərindəki dörd mənbə ona Ağ Evin lazımsız hesab etdiyi missiyanı davam etdirməyə artıq sərmayə qoymadığını söyləyib.

Çıxışın necə və nə vaxt baş verə biləcəyini müəyyən etmək üçün hazırda müzakirələr davam edir. Digər tərəfdən, “Politico” yazarı Alex Vard sosial mediada paylaşım edib: “Yüksək səviyyəli bir məmur mənə Bayden administrasiyasının qüvvələri Suriyadan çıxarmağı düşünmədiyini dedi”.

Bununla belə, həm “Al Monitor”, həm də “Foreign Policy” jurnallarında yer alan Ağ Evdəki görüşü barədə heç bir təkzib olmayıb. ABŞ-lı tədqiqatçı Aaron Zelin də sözügedən görüşdə ABŞ-ın Suriyadan çəkilmə məsələsinin müzakirə olunduğunu təsdiqləyib.

5000 nəfərlik haşimi və druz qüvvəsi var

ABŞ-ın Suriya ilə bağlı gələcək siyasətini Baş Qərargah Kəşfiyyat İdarəsinin sabiq rəisi İsmail Hakkı Pekin təhlil edib:

“Amerikalıların bölgədə 900 əsgəri var. Onlar geri çəkilmək niyyətindədirlər, amma əvvəlcə Suriyanı istədikləri kimi nizama salmaq istəyirlər. Bunun üçün də ABŞ hazırlıq görür. Onlar Suriya-İordaniya sərhədində yerləşən Dəradan olan haşimi ərəbləri və druzları öyrədirlər. İordaniyada 5000 nəfərlik druz qüvvəsi və 5000 nəfərlik haşimi qüvvəsi ABŞ-dan hərbi təlim alır. Druz və ərəb haşimilər təlim keçdikdən sonra SDF-yə qoşulacaqlar. SDF təkcə kürdlərdən deyil, həm də ərəblərdən və druzlardan ibarət struktur olacaq. Dəməşq administrasiyasına bağlı hərbi birlik kimi iştirak edə bilər”.

Görünən odur ki, ABŞ bu məsələnin həllini axtarır. Türkiyənin bölgədə hərəkətə keçməsi lazım ola bilər. Çünki boşluq yaranacaq və bu boşluğu doldurmaq lazımdır. Prezident Ərdoğanın dediyi kimi: “Türkiyə təhlükəsizlik xətti qura bilər”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90