image-rt-reklam
image-1backend

ABŞ səfiri Rusiya XİN-ə çağırılıb

image-728x90

ABŞ-nin Moskvadakı səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, diplomat ABŞ-nin 3 QHT-sinin Rusiyada arzuolunmaz təşkilat elan edildiyi barədə məlumatlandırılıb.

Səfirə Rusiyada arzuolunmaz təşkilat kimi elan edilən bu QHT-lərə yardımı dayandırmağı tələb edən nota da təqdim olunub.

L.Treysiyə bildirilib ki, Rusiyanın daxili işlərinə qarışmaq cəhdlərinin qarşısı sərt şəkildə alınacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90