image-rt-reklam
image-1backend

ABŞ miqrant yeniyetmələrə 2500 dollar ödəyəcək – ölkədən çıxmaları üçün

image-728x90

ABŞ hökuməti müşayiət olunmayan miqrant yeniyetmələrə könüllü olaraq öz ölkələrinə qayıtdıqları təqdirdə onlara 2500 dollar ödəməyi planlaşdırır.

Ulusal.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Səhiyyə və İnsan Xidmətləri Departamentinin (HHS) göndərdiyi sənəddən məlum olub.

Bildirilir ki, həmin sənəddə “Birləşmiş Ştatları könüllü olaraq tərk etmək arzusunu bildirmiş, müşayiət olunmayan, 14 yaş və daha böyük miqrant uşaqlara 2500 ABŞ dolları məbləğində birdəfəlik köçürmə ödənişi veriləcək”. Bildirişdə deyilir ki, ödəniş “gedişdən sonra reinteqrasiya səylərini dəstəkləmək üçün nəzərdə tutulub”.

Könüllü getmə ilkin olaraq 17 yaşlı miqrantlara təklif olunacaq. Bu, həmçinin immiqrasiya hakiminin təsdiqini tələb edəcək. Ödəniş miqrantlar öz ölkələrinə çatdıqdan sonra ödəniləcək.

ABŞ İmmiqrasiya və gömrük mühafizəsi departamenti Səhiyyə nazirliyi ilə “sırf könüllü geri qaytarma seçimi” təklif etmək üçün işlədiyini açıqladı. “Bu könüllü seçim müşayiət olunmayan uşaqlara seçim imkanı verir və onlara gələcəkləri ilə bağlı məlumatlı qərar qəbul etməyə imkan verir”, – departamentin bəyanatında deyilir.

Ödəniş Səhiyyə nazirliyinin qaçqınların köçürülməsi işləri ilə məşğul olan idarəsinin himayəsində olan müşayiət olunmayan miqrant uşaqlara veriləcək. Bu idarə qanuni olaraq onları 18 yaşına çatana qədər sığınacaqlara, himayədarlıq evlərinə və digər müəssisələrə yerləşdirməkdə məsuldur.

CBS News xəbər verir ki, Meksikadan olan miqrant uşaqlara ödəniş edilməyəcək.

Müşayiət olunmayan miqrant uşaqlar üçün ödənişlər Tramp administrasiyasının həm məcburi deportasiya, həm də könüllü olaraq ölkəni tərk edən qeyri-qanuni immiqrantların sayını artırmağa yönəlmiş son təşəbbüslərindən biridir.

May ayında ABŞ səlahiyyətliləri ABŞ-dakı yetkin miqrantlara öz ölkələrinə könüllü qayıtmaları üçün qeyri-qanuni olaraq 1000 dollar ödəmə təklif etmişdilər.

Belə anlaşılır ki, Tramp administrasiyası immiqrant problemini yarızor-yarıxoş şəkildə həll etməyi düşünür.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90