ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi qanun layihələrinə iki anti-Azərbaycan xarakterli düzəlişi rədd edib.
Ulusal.az xəbər verir ki, hər iki təşəbbüsü erməni lobbisi ilə əlaqələri ilə tanınan Kaliforniyadan olan demokrat konqresmen Bred Şerman irəli sürüb.
Birinci düzəliş ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasına Azərbaycanda hər hansı layihəni dəstəkləməyi qadağan edirdi. İkincisi, ABŞ Prezidentinin Amerikanın Bakıya yardımını məhdudlaşdıran 907-ci düzəlişi dayandırmaq səlahiyyətinin ləğvini təklif edirdi.
Hər iki düzəlişin rədd edilməsi Azərbaycana qarşı hər cür çirkin təxribatlara əl atan ABŞ-dəki erməni lobbisinin növbəti fiaskosu sayıla bilər.