ABŞ Ermənistan vasitəsilə Rusiya Federasiyasına qaçaqmalçılıq yolu ilə aviasiya texnikasının keçirilməsi sxemini üzə çıxarıb
ABŞ-da Ermənistan üzərindən Rusiyaya qaçaqmalçılıq yolu ilə aviasiya texnikasının və avadanlıqların keçirilməsi ilə bağlı səs-küylü cinayət işi var. Medianın öyrəndiyi kimi, amerikalı müstəntiqlər Kanzas sakini, ABŞ vətəndaşı Kirill Buyanovskini həbs ediblər. Məlum olub ki, o, “KanRus” şirkəti vasitəsilə illərdir, o cümlədən Ukraynada müharibə başlayandan və sanksiyalardan sonra belə tədarüklər həyata keçirirmiş.
“Buyanovski etiraf etdi ki, o, uzun müddətdir ki, mürəkkəb Amerika təyyarələrinin Rusiyaya qaçaqmalçılıq yolu ilə gətirilməsi ilə məşğuldur”, – Baş prokurorun köməkçisi Metyu Olsen bildirib.






















