“Regionun düzəni dəyişir. Bir tərəfdə uzun illərdir düşmən olan və sankisyalarla İranı çökdürmək istəyən ABŞ var. Bu görünən tərəfdir. İndi məlum olur ki, əslində ABŞ rəsmiləri uzun müddətdir rəsmi Tehranla danışıqlar aparıb. Bu danışıqlar nəticə verdi” – bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, indi ABŞ regiondakı vəziyyəti nəzərə alaraq İranla münasibətlərini tənzimləməyə və razılaşmalara getməyə məcbur olub.
“Bu razılaşmaların ilkin nəticəsi olaraq İran ABŞ vətəndaşlarını həbsdən azad etdi. İran və ABŞ arasında əsir mübadiləsi razılaşması çərçivısində azad edilən 5 amerikalı məhbusu daşıyan təyyarə bu gecə Tehrandan Qətərin paytaxtı Dohaya yollanıb. Eyni zamanda Amerikada azadlığa buraxılan və İrana qayıtmaq istəyən iki iranlı vətəndaşın da Qətərin paytaxtına yola düşdüyünü açıqlayıb.Görünən odur ki, ABŞ Ukrayna və Rusiya arasındakı müharibədən istifadə edərək Cənubi Qafqazdakı mövqelərini gücləndirmək istəyir. Və böyük ehtimalla ABŞ buna İran vasitəsilə nail olmaq istəyir. Həmçinin Çindən gələn təhdidlərin qarşısını almaq üçün bu gün ABŞ-a regionda İran kimi tərəfdaş lazımdır”-deyə Arzuman Muradlı bildirib.