image-rt-reklam
image-1backend

ABŞ İranın “Şahed-136” dronunun analoqunu hazırlayıb – FOTO

image-728x90

ABŞ İranın “Şahed-136” kamikadze tipli pilotsuz uçan aparatının (PUA) analoqunu hazırlayıb. Ulusal.az xəbər verir ki, bu barədə “International Defense Analysis” təşkilatının yeni hesabatında məlumat verilib.

Mənbənin məlumatına görə, sözügedən yeni sistem MQM-172 “Arrowhead” adlanır və “Şahed” tipli dronlara əsaslanaraq ABŞ-da istehsal olunan ikinci təkmilləşdirilmiş versiyadır. Məlumatla birlikdə yeni dronun fotosu da X (keçmiş Twitter) sosial şəbəkəsində dərc olunub.

Hazırda bu pilotsuz aparatın döyüş başlığı, uçuş məsafəsi, havada qalma müddəti və ya istehsal dəyəri barədə hər hansı texniki göstərici açıqlanmayıb.

“MQM-172 Arrowhead İranın “Şahed” PUA-sının əsas xüsusiyyətləri üzərində qurulmuş, lakin daha müasir yanaşma ilə hazırlanmış sistemdir,” – deyə hesabatda vurğulanır.

Bundan əvvəl ABŞ mətbuatında LUCAS (Low-Cost Uncrewed Combat Attack System) adlı digər bir pilotsuz aparatın hazırlandığı barədə də məlumat yayılmışdı. Bu dronun da “Şahed-136”ya funksional və daha ucuz alternativ olduğu bildirilir.

LUCAS pilotsuz aparatı minimal logistik tələblərlə çətin döyüş şəraitində istifadəyə yararlıdır və kəşfiyyat, rabitə dəstəyi və hücum missiyaları daxil olmaqla çoxsaylı vəzifələri yerinə yetirə bilir.

Eyni zamanda, aviasiya üzrə mütəxəssis Konstantin Krivolap bildirib ki, Rusiya Ukraynaya qarşı kütləvi PUA hücumları planlaşdıraraq “Şahed” tipli dronların istehsalını artırır.

“Ruslar Alabuqa şəhərində yeni istehsal binaları və işçilər üçün yataqxanalar inşa ediblər. Məqsəd – eyni anda Ukraynaya 2 minə qədər pilotsuz aparat buraxmaqdır. Bu, kazarma-istehsalat tipli kompleksləşdirilmiş infrastrukturla həyata keçirilir,” – deyə Krivolap vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, bu genişmiqyaslı istehsalat fəaliyyəti Rusiyanın bölgədəki planlarının ciddiliyini göstərir.

image-2

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90