Düşünürəm ki, İsrailin baş naziri İranın hücumları qarşısında onlara verdiyimiz dəstəyin böyük əhəmiyyət kəsb etdiyini etiraf edəcək.
Ulusal.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“İran indi heç kimlə döyüşmək iqtidarında deyil… Bunun Suriya üçün real müsbət nəticələri oldu”, – diplomat qeyd edib.
O əlavə edib ki, mövcud vəziyyəti “müsbət və stabil” nəticəyə çevirmək və “Tramp administrasiyasına estafeti qəbul edə bilməsi üçün maksimum yardım göstərmək” lazımdır.