image-rt-reklam
image-1backend

ABŞ-ın yeni raket sistemi Yaponiyaya gətirildi – Çin və Rusiyadan sərt etiraz

image-728x90

ABŞ ordusu Sakit okean regionunda güc nümayiş etdirir.

Ulusal.az  xəbər verir ki, ABŞ-ın 3-cü çoxmühitli taktiki qrupu (3rd MDTF) ilk dəfə strateji orta mənzilli atəş sistemi Typhon (SMRF)-i Yaponiyada keçiriləcək Resolute Dragon 25 hərbi təlimləri (11–25 sentyabr) çərçivəsində yerləşdirəcəyini açıqlayıb.

Məlumata görə, Typhon sistemi ABŞ-a quru bazalı Tomahawk (TLAM) qanadlı raketləri (uçuş məsafəsi 1000 mildən çox) və SM-6 raketləri (uçuş məsafəsi 300 milədək) vasitəsilə hədəfləri vurmaq imkanı verəcək. Bu isə Çini, Şimali Koreyanı və Rusiyanı birbaşa təhlükə altına salır.

Elan həm Pekin, həm də Moskvanın sərt reaksiyasına səbəb olub. Çin Müdafiə Nazirliyi və Rusiya rəsmiləri bəyanat yayaraq, Yaponiyanı İkinci Dünya müharibəsindən sonra üzərinə götürdüyü “sülhün qorunması öhdəliklərinə” sadiq qalmağa çağırıblar.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90