image-rt-reklam
image-1backend

ABŞ-ın yeni “qan çanağı” planının DETALLARI: Türkiyə ilə sərhəddə “kiçik İsrail” yaradır

image-728x90

ABŞ Suriya Ərəb Respublikasında (SAR) Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarından istifadə edərək Türkiyə ilə sərhəddə “kiçik İsrail” yaradır.

Ulusal.az xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti yazıb. Bundan əvvəl bildirilmişdi ki, Türkiyədə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası (PKK) Vaşinqtonun dəstəyi ilə SAR-da onların nəzarətində olan bölgələrdə yerli seçkilər keçirməyi planlaşdırır.

Dünyanın Qəzza və Ukrayna ilə məşğul olduğu bir vaxtda ABŞ Türkiyə sərhədi yaxınlığında “kiçik İsrail”in təməlini qoyur, PKK 11 iyunda Menbicdən başlayaraq Türkiyə sərhədlərinə qədər bölgədə yerli seçkilər keçirəcək, o cümlədən Afrin və Tel Rıfatda”, – nəşr bildirir.

Məqalədə bildirilir ki, Kürdüstan Fəhlə Partiyasının nəzarəti altında keçiriləcək seçkilərdə KRG-nin yaratdığı seçki şurasının səlahiyyət verdiyi adlar namizəd kimi irəli sürüləcək.

“Seçkilərdə yalnız PKK-nın silahlı birləşmələrində xidmət edən terrorçular səs verə biləcək”, – materialda deyilir.Publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90