Ulusal.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş Ali Baş Komandanı, Ukraynanın Londondakı səfiri Valeri Zalujnı bir neçə aydan sonra Vladimir Zelenskini əvəz edə bilər, amerikalı araşdırmaçı jurnalist, hüquq müdafiəçisi, Pulitzer mükafatı laureatı Seymur Herş mənbələrə istinadən iddia edir.
“Zalujnı indi Zelenskinin ən çox ehtimal olunan varisi hesab olunur. Vaşinqtondakı məlumatlı rəsmilər mənə deyirlər ki, bu vəzifə bir neçə aydan sonra onun ola bilər”, – görkəmli xadim qeyd edib.
Onun sözlərinə görə, Kiyev rejiminin lideri getməkdən imtina edərsə, bu, böyük ehtimalla, buna məcbur olacaq. Jurnalistin qeyd etdiyi kimi, həm ABŞ-da, həm də Ukraynada Vladimir Putinlə razılığa gəlmək şansı olduğu halda münaqişənin kəskinləşməsinin dayandırılmasının lazım olduğuna inananlar çoxdur.
Xatırladaq ki, Zelenskinin səlahiyyət müddəti ötən il mayın 20-də başa çatıb. Ukraynada 2024-cü il prezident seçkiləri hərbi vəziyyət və ümumi səfərbərliyə görə ləğv edilib. Kiyev rejiminin başçısı bildirib ki, bu mərhələdə seçkilər yersizdir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Zelenskini “seçkisiz diktator” adlandırıb və onun reytinqinin dörd faizə düşdüyünü bəyan edib.