image-2000x150
image-1676544976_iranbackend

ABŞ-ın kabusuna çevrilən şəxs İranda “Əl-Qaidə”nin lideri oldu

image-728x90
Sayif Əl-Adil “Əl-Qaidə” terror təşkilatının faktiki lideri olaraq tanındı. BMT-yə üzv dövlətlərin kəşfiyyat məlumatlarına əsaslanan yeni hesabatında bu haqda məlumat öz əksini tapıb.

Prinsip etibarilə Əl-Adil Birləşmiş Ştatların “Əl-Qaidə” lideri Ayman Əl-Zəvahirini Əfqanıstanın paytaxtı Kabildə hava hücumu zamanı öldürməsindən altı ay sonra terror qruplaşmasının rəhbərliyinə gətirildiyi məlum idi. Lakin bu informasiya bu günə qədər rəsmi olaraq təsdiqlənməmişdi.

Əl-Adil ilə bağlı ən diqqətçəkən məqam isə onun hazırda İranda olmasıdır.

Vaşinqtonun kabusu

Sayif Əl-Adil prinsip etibarilə sələfləri Ayman Əl-Zəvahiri və Üsamə bin Ladendən təhlükəli hesab edilir. Rəsmi Vaşinqton və Qərb agentləri uzun müddətdir ki, Əl-Adilə Əl-Zəvahirinin ehtimal varisi kimi baxıb. Onun hazırda “Əl-Qaidə” lideri olması ABŞ üçün heç də arzuolunan bir hal deyil.

Məsələ ondadır ki, Əl-Adil professional hərbçi, Misirin keçmiş xüsusi təyinatlılar zabitidir. Bundan başqa o, 1990-cı illərin əvvəlindən başlayaraq Əfqanıstan, Pakistan və Sudandakı döyüşçülərə hərbi və kəşfiyyat təlimləri verən komandanın üzvü olub.

Əl-Adili Vaşinqton üçün kabusa çevirən əsas məqam isə şübhəsiz onun 1992-1994-cü illərdə Somalidə Moqadişuda ABŞ qüvvələrinə qarşı döyüşməsidir. Eyni zamanda “Əl-Qaidə”nin Misir qolu olan “Misir İslami Cihad”ın və somalililərin təlimlərinə yardım edən Əl-Adili ABŞ üçün çox təhlükəli hesab edilir.

Əl-Qaidənin yeni liderinin qruplaşmanı İrandan idarə etməsi üçün ABŞ üçün daha ciddi problemlər yarada bilər.
İrana hərbi müdaxilə

Sayif Əl-Adilin “Əl-Qaidə” terror təşkilatını İrandan idarə etməsi ABŞ-ın həm bu ölkəyə aviazərbələr endirməsi, həm də hərbi müdaxilə etməsi üçün əsas yaradır. Məsələ ondadır ki, 2001-ci il 11 sentyabr hücumlarından sonra Əfqanıstanda Taliban hökuməti Əl-Qaidə terror qrupuna sığınacaq verdi.

ABŞ isə ilk olaraq Əl-Qaidənin Əfqanıstandakı təlim obyektlərini bombaladı. Daha sonra isə Vaşinqtonun Əfqanıstana müdaxiləsi və yerli əfqan qəbilələrin dəstəyi ilə Taliban hakimiyyəti devrildi.

Mümkündür ki, ABŞ Əfqanıstan ssenarisini İranda tətbiq etmək istəyir. Əl-Adilin İranda olması Vaşinqtonun ilkin olaraq Əfqanıstandakı kimi İranın bir sıra strateji hədəflərinə zərbələr endirməsi ilə müşahidə edilə bilər. Mümkündür ki, Vaşinqton ilk olaraq Tehrandan Əl-Adilin ona verilməsini istəyə bilər. Tehran bu istəyə mənfi cavab verəcəyi təqdirdə ABŞ İrana hərbi müdaxilə üçün ciddi əsas əldə etmiş olacaq.

Turan Rzayev-politoloq

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90