image-2000x150
image-02e5eda4-ecab-41d8-97ff-592caa52fc35backend

ABŞ-ın İsraildəki səfirindən İranı vurun çağırışı – “Biz onların arxasındayıq”

image-728x90

“Biz oturub İranın nüvə silahı hazırlamasını seyr etmək fikrində deyilik”.

Bunu ABŞ-ın İsraildəki səfiri Tom Nides öz çıxışında deyib.

Tom Nides iclasdakı çıxışında İrana qarşı hərbi əməliyyatın masada olduğunu vurğulayıb: “İran Rusiyaya pilotsuz təyyarələr verir ki, hazırda bu silahlar Ukraynada istifadə olunur. Artıq bizim İranla danışıqlar masasına qayıtmağımız mümkün deyil.

Prezident Co Baydenin dediyi kimi, biz arxada oturub İranın nüvə silahı inkişaf etdirməsinə tamaşa edə bilmərik.

İkincisi, onun dediyi kimi, bütün variantlar masadadır.

Üçüncüsü, İsrail bununla bağlı hər şeyi edə bilər və etməlidir. Biz onların arxasındayıq. Nüvə silahına malik İran təkcə İsrail üçün deyil, həm də ABŞ və Yaxın Şərq üçün təhlükədir. Biz öz mövqeyimizdə qətiyyətliyik”.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90