image-rt-reklam
image-1backend

ABŞ-ın “fikir qalası”ndan Türkiyə iddiası: Dünya onların təsirində olacaq

image-728x90

ABŞ mediası Türkiyə başda olmaqla orta gücə malik ölkələrin “yetkinlik yaşına çatması” ilə bağlı təhlillərə yer verib. Mütəxəssislərin fikrincə, “möhtəşəm gücə çevrilən” Türkiyənin müdafiə sektoru və xarici siyasəti Hindistan və Braziliya kimi nüfuzlu ölkələrə də dərindən təsir edir.

Ulusal.az xəbər verir ki, ABŞ-ın aparıcı xarici siyasət nəşrlərindən biri olan “National Interest” (NI) orta güc ölkələrinin qlobal miqyasda yüksəlişini müzakirə edib. Mediada “fikir qalası” adlandırılan Respublika Partiyasının orqanında “Orta güclər dövrü gəldi” başlıqlı məqalədə orta güc ölkələrinin rolu və təsiri vurğulanıb. Türkiyənin başçılıq etdiyi müasir dünya getdikcə genişlənir. Təhlil yazısında deyilir ki, ABŞ, Çin və Rusiya kimi böyük dövlətlər yüksələn “orta güc ölkələri”ni nəzərə almadan artıq heç bir plan qura bilməzlər.

Media orqanı, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misirin “BRİKS blokuna qoşulması ilə “yeni dünya düzəninin çoxqütblü sistemi görünməyə başladığını” bəyan edib. Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasından ibarət olan BRİKS blokunun dünyanın ən güclü iki iqtisadi sistemindən birini təmsil edəcəyi də bildirilir.

Böyük güclərin dünya səhnəsində qlobal təsirə malik olduğunu vurğulayan təhlil məqaləsində orta güc ölkələrinin güc oyunları, beynəlxalq tərəfdaşlıqlar və ya qlobal çağırışlarla öz maraqlarını genişləndirdiyi qeyd olunur.

Mütəxəssislərin rəylərinin yer aldığı təhlil məqaləsindəki məlumata görə, orta güclərin əhəmiyyətli bir hissəsi ABŞ-dan asılılıqdan qurtulmaq üçün Çinin təmsil olunduğu iqtisadi bloku seçərək, ABŞ hegemonluğu altında olan dünyanın bir hala gəlməsinə səbəb olur. Bloklar arasında balansı saxlayan ölkələr ən sərfəli mövqedədir və Türkiyə də bu ölkələrdən biridir. Qlobal təəssürat onu da ortaya qoyur ki, orta güc ölkələri öz regionlarında dominant ölkələr olmaq istəyirlər.

Təhlil məqaləsində ən parlaq nümunə Türkiyədir. Ekspertlərin fikrincə, Türkiyə

“Yaxın Şərq, Qafqaz, Mərkəzi Asiya və Afrikada fərqli gücə çevrilib”. Türkiyə həm də Rusiya-Ukrayna müharibəsində təsirli vasitəçi rolu və İsrail-Fələstin münaqişəsində sülhün bərqərar olması üçün rol oynamaq istəyi ilə qlobal hadisələrin ön sıralarında olan ölkə mövqeyinə yüksəlib.

Qeyd olunub ki, Latın Amerikasında Braziliya və Asiyanın cənubunda Hindistan Türkiyə ilə oxşar mövqeyə malikdir və hər iki ölkə “Türkiyənin Yaxın Şərqdə müstəqil güc əldə etmək cəhdlərindən təsirlənir”.Publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90