Ulusal.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, müdafiə nazirinin birinci müavini Edvard Asryan və ABŞ-ın Avropa Komamdanlığının müavini leytenant Stiven Başam arasında keçirilən görüşdə ABŞ ordusunun erməni qüvvələrinə peşəkar təlim keçməsi məsələsi müzakirə edilib.
Vaşinqton İrəvan hökumətinə ordunun gücləndirilməsinə, komandanlıq və müdafiə sisteminin modernləşdirilməsinə kömək edəcək. EUCOM nümayəndəsi söz verib ki, ABŞ-ın hərbi ekspertləri də Ermənistan ordusuna sülhməramlı əməliyyatlarda, hərbi tibbin təkmilləşdirilməsində və döyüş hazırlığında yardım göstərəcəklər