image-rt-reklam
image-1backend

ABŞ ənənəvi Türk Festivalına ev sahibliyi edib

image-728x90

ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən ənənəvi Türk Festivalına qatılan minlərlə insan türk mədəniyyətinin, musiqisinin və mətbəxinin ən gözəl nümunələrini görmək imkanı əldə ediblər.Türk-Amerika Dərnəyi (ATA-DC) tərəfindən təşkil edilən festival bu il Pensilvaniya prospektində baş tutub.

Türk mədəniyyətinin və mətbəxinin ən gözəl nümunələrinin təqdim olunduğu festivalda folklor kollektivinin çıxışları, türk xalq musiqisi konserti və Türkiyədən gələn musiqiçilərin səsləndirdiyi əsərlər böyük maraqla qarşılanıb.
Osmanlı-türk mədəniyyətini əks etdirən məhsulların nümayiş olunduğu stendlər, əllə toxunmuş türk xalçaları və ənənəvi Osmanlı geyimləri də iştirakçıların diqqətini cəlb edib.

Eyni zamanda, festival çərçivəsində uşaqlar üçün də oyunlar təşkil olunub.

Festivala bölgədə yaşayan minlərlə türklə yanaşı çox sayda amerikalı qatılıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90