image-rt-reklam
image-1backend

ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi ilə görüş keçirilib  

image-728x90

Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin mövcud vəziyyəti, ölkəmizin energetika sahəsində irəli sürdüyü təşəbbüslər və “yaşıl” enerjiyə keçid istiqamətində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Payet arasında görüş keçirilib, ölkələrimiz arasında enerji tərəfdaşlığı məsələləri müzakirə edilib, Azərbaycanın “yaşıl” enerji ölkəsi kimi inkişafı ilə bağlı strateji hədəfləri diqqətə çatdırılıb.

Görüşdə ölkəmizin “yaşıl enerji” ölkəsinə transformasiyası (ənənəvi enerji mənbələrindən “yaşıl” enerjiyə keçid) prosesinə ABŞ-ın dəstəyi, ölkəmizin bərpa olunan enerji mənbələri üzrə potensialının reallaşdırılması və səmərəli istifadəsi, həmçinin, ətraf mühitin qorunması baxımından bərpa olunan enerji sektorunda innovativ texnologiyalardan istifadənin genişləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90