image-2000x150
image-888backend

ABŞ Dövlət Departamentindən iyrənc açıqlama: Bu sülh prosesinə etimadın yaradılması səylərini sarsıdır

image-728x90

ABŞ Dövlət Departamenti Laçın dəhlizində Azərbaycan nəzarət-buraxılış məntəqəsinin yaradılmasından dərin narahatdır. Ulusal.az xəbər verir ki, bu iyrənc və beynəlxalq standarları, ərazi bütövlüyünü hərmətsiz yanaşma olan açıqlamanı çərşənbə axşamı ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel departamentin mətbuat konfransında bildirib .

“Cənubi Qafqazdakı bu məsələ ABŞ dövlət katibinin özünün dərin dəyər verdiyi və çox önəm verdiyi məsələdir. Həftə sonu gördüyünüz kimi,  Dövlət Departamenti Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılmasından çox narahatdır. Açığı,  bu, sülh prosesinə etimadın yaradılması səylərini sarsıdır və biz Laçın dəhlizində insanların sərbəst və açıq gediş-gəlişinin və ticarətin olmasının tərəfdarıyıq.  “deyə  Patel bildirib.

P.S. Görünür sülh adı ilə Əfqanıstanı, İraqı viran qoyan ABŞ öz çirkin siyasətini davam etdirir. Azərbaycan öz suveren ərazisində nəzarət buraxılış məntəqəsi açıb. Amma görünən odur ki, bundan əndişələnən tək Ermənistan deyil…

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90