Amerika Birləşmiş Ştatlarında 15 oktyabr 2024 tarixində Vaşinqton ştatında qəzaya uğrayan döyüş təyyarəsinin itkin düşən 2 pilotunun cansız cəsədləri tapılıb.
ABŞ donanması 15 oktyabrda ölkənin şimal-qərbində yerləşən Vaşinqton ştatının dağlıq Maunt Reyner bölgəsində təlim uçuşu zamanı qəzaya uğrayan təyyarə ilə bağlı açıqlama verib.
İtkin düşən 2 pilotun cansız cəsədlərinə aid hissələrin tapıldığı bildirilərək pilotların kimliklərinin bir neçə gün ərzində açıqlanacağı qeyd olunub.
“EA-18G Growler” tipli döyüş təyyarəsi təlim uçuşu zamanı dağlıq ərazidə qəzaya uğrayıb, təyyarənin qalıqları bir gün sonra tapılıb və orada olan 2 nəfərin izinə rast gəlinməyib.
Qeyd edək ki, qəza ilə bağlı araşdırma davam edir.